Azərbaycan - Yunanıstan - 11:0
19.08.2009 - 10:39
Azərbaycan - Yunanıstan - 11:0
Polşanın Şetsin şəhərində keçirilən gənc boksçuların Avropa çempionatında növbəti döyüşlər baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü 1/4 finala adlayıb, bir boksçumuz isə çempionatla erkən vidalaşıb.

1/4 finala yüksələn həmyerlilərimiz Elvin Əliyev (57 kq) və Emin Əhmədovdur (69 kq). Elvin almaniyalı Artur Brilə 9:5 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Bruno Liçeriyə (İtaliya) qarşı keçirəcək. Emin Əhmədov isə Yunanıstan təmsilçisi İllias Qriqoriadisə göz açmağa imkan verməyib - 11:0. Yarımfinala vəsiqə uğrunda döyüşdə Əhmədov rusiyalı Petr Xamukovu da mübarizədən kənarlaşdırmalıdır.

Lakin 91 kq-dan artıq çəkidə yarışan Fərid Paşayev uğursuzluğa düçar olub. O, ilk mərhələdə Arbi Madayevə (Rusiya) 4:6 hesabı ilə uduzduğundan, çempionatla erkən vidalaşıb. Beləliklə, qitə birinciliyinə qatılan 9 boksçumuzdan 7-sinin medal qazanmaq şansı var. Hər 7 idmançımız 1/4 finalda mübarizəni davam etdirir.
0