Bu, kişidir, yoxsa qadın? - FOTO
19.08.2009 - 18:29
Bu, kişidir, yoxsa qadın? - FOTO
Almaniyanın paytaxtı Berlində davam edən atletika üzrə dünya çempionatında nadir hadisələrdən biri yaşanıb. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasının təmsilçisi Kaster Semenya təşkilatçıları çətin vəziyyətdə qoyub. Qadınların yarışında 800 metr məsafəyə qaçışda iştirak edən Semenyanın cinsiyyəti ilə bağlı sual ortaya çıxıb. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) rəsmiləri afrikalının kişi olmasından şübhələnirlər.

Halbuki reqlamentdə yazılıb ki, “qadınların yarışında yalnız qadınlar iştirak edə bilər”. Lakin Semenyanın fiziki görünüşü və finala vəsiqə qazanması IAAF rəsmilərini çaş-baş qoyub. Bəzən kişi idmançılar lazımi üsullardan istifadə edərək, turnirlərə qadın iştirakçı qismində qatılırlar. Beynəlxalq federasiya nümayəndələrini də şübhələndirən elə bu məqamdır. IAAF afrikalı atleti genetik testdən keçiriblər və artıq nəticələr bəllidir. Rəsmi şəxslər iclas keçirib, bununla bağlı yekun qərar verəcəklər. Kasterin çempionatdan uzaqlaşdırılacağı da istisna deyil.
0