Minimum 6 medalımız var
20.08.2009 - 11:30
Minimum 6 medalımız var
Azərbaycanın gənc boksçulardan ibarət yığması Polşanın Şetsin şəhərində keçirilən Avropa çempionatında minimum 6 medal qazanacaq. Apasport.az saytının məlumatına görə, 6 idmançımız 1/4 finalda qələbə qazandığı üçün ən azı bürünc medalı özünə təmin edib.

1/4 finalda Elvin Məmişzadə (48 kq) belaruslu Vadim Kirilenkanı 5:1, Elnur Zeynalov (51 kq) macarıstanlı Zsolt Dobradini 6:4, Elvin İsayev (54 kq) uelsli Sin MakQoldriki 5:2, Elvin Əliyev (57 kq) italiyalı Bruno Liçerini 6:0 və Heybətulla Hacıəliyev (60 kq) rusiyalı Vitali Dunaytsevi 3:1 hesabı ilə məğlub edib. 69 kq çəki dərəcəsində yarışan Emin Əhmədov isə Petr Xamukov (Rusiya) üzərində texniki qələbə qazanaraq, yarımfinala yüksəlib.

Hələlik Murad Ağamalıyev (75 kq) 1/4 finalda rinqə çıxmayıb. O da rəqibini məğlub edəcəyi təqdirdə, milli komandamız Avropa çempionatında 7 medala layiq görüləcək. Qitə birinciliyi avqustun 22-də yekunlaşacaq.

Boksçularımızın növbəti mərhələdəki rəqibləri:

48 kq, yarımfinal

Elvin Məmişzadə - Xromi Duşan (Çexiya)

51 kq, yarımfinal
Elnur Zeynalov - Qriqori Nikolayçuk (Rusiya)

54 kq, yarımfinal
Elvin İsayev - Kamil Laşzik (Polşa)

57 kq, yarımfinal
Elvin Əliyev - Martin Uord (İngiltərə)

60 kq, yarımfinal
Heybətulla Hacıəliyev - Evaldas Petraskas (Litva)

69 kq, yarımfinal
Emin Əhmədov - Aleksandr Qriqorçuk (Belarus)

75 kq, 1/4 final
Murad Ağamalıyev - Samir Aouali (İsveç)
0