Azad Rəhimov Ermənistana gedə bilər
21.08.2009 - 15:58
“Gənc cüdoçularımız sentyabrda Ermənistanda keçiriləcək Avropa çempionatına getməyə hazırlaşırlar. Amma bu, son qərar deyil. Sözsüz ki, yekun qərarı Cüdo Federasiyasının rəhbərliyi verməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 11-13 sentyabr aralığında gənc cüdoçular arasında Ermənistanın paytaxtı İrəvanda baş tutacaq Avropa çempionatında iştirak edib-etməməklə bağlı iclas keçiriləcək. Rəhimov hətta yarışdan öncə İrəvana yollanacağını da istisna etməyib: “Bu günlərdə biz nazirlikdə bununla bağlı iclas keçirməyi planlaşdırırıq. Bizi ən çox narahat edən məsələ İrəvanda cüdoçularımızın təhlükəsizliyinin təminatı ilə əlaqədardır. Qərar olsa, nazirlikdən mən, yaxud müavinim İrəvana gedəcək, orada şərait və təhlükəsizliklə tanış olacağıq”.
Qeyd edək ki, cüdo yığmamız Ermənistandakı yarışa qatılacağına dair ilkin sifariş ərizəsini artıq Avropa Cüdo İttifaqına göndərilib. Müstəqillik dövründə Azərbaycanın heç bir idmançısı Ermənistanda keçirilən yarışda qüvvəsini sınamayıb.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0