ABŞ 1-də, Azərbaycan 61-də
24.08.2009 - 10:35
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə XII dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan ümumi komanda hesabında 61-ci pillədə qərarlaşıb. Buna dünya çempionatındakı yeganə təmsilçimiz Ramil Quliyevin sayəsində nail olmuşuq. 200 metr məsafəyə qaçışda iştirak edən Quliyev 7-ci yeri tutmuşdu. 19 yaşlı idmançımız fəxri kürsüyə yüksələ bilməsə də, onun ilk “8-liy”ə düşməsi ölkəmizə xal gətirib.
Əsasnaməyə görə, ilk “8-lik”də qərarlaşan atletlərə birinci yerdən başlayaraq, ardıcıllıqla 8, 7, 6, 5, 4, 3, 2 və 1 xal verilirdi. Buna əsasən, 7-ci sıranı tutan Ramilin çıxışı 2 xalla qiymətləndirilib. Komanda hesabında birinci pilləyə isə ABŞ sahib çıxıb. Amerikalı atletlər 10 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıblar. Üstəlik, ABŞ idmançılarından 3-ü 4-cü, 6-ı 5-ci, 8-i 6-cı, 3-ü 7-ci və 4-ü 8-ci yeri tutub. Nəticədə bu ölkə 231 xal toplayıb və zirvəyə yüksəlib.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0