Bakıda peşəkar boks gecəsi
25.08.2009 - 11:40
Oktyabrın 3-də Bakıda peşəkar boks gecəsi keçiriləcək. Bu barədə apasport.az saytına Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) prezidenti Zahid Əliyev məlumat verib. Onun sözlərinə görə, gecədə 8 döyüş baş tutacaq. Bunlardan 4-ü reytinq, 2-i “Dünya kəməri”, 1-i gənclər arasında “Dünya kəməri”, 1-i isə “Beynəlxalq kəmər” uğrunda olacaq.
Əliyev bildirib ki, oktyabrın 3-də ən maraqlı döyüşü IBF versiyası üzrə “Avropa kəməri”ni qazanmış ilk azərbaycanlı peşəkar boksçu Azad Əzizov (63,5 kq) keçirəcək. Gənc idmançı IBO “İnterkontinental kəmər” uğrunda gürcüstanlı Nuqzar Marqvelaşvili ilə qarşılaşacaq: “Biz 4-cü döyüşdən sonra Azadın rinqə çıxmasını planlaşdırırıq. Onun keçirəcəyi görüş qeyri-rəsmi xarakter daşıyacaq. “İnterkontinental kəmər” uğrunda döyüşlər rəsmi hesab olunmur”.
APBF prezidenti, həmçinin Əzizovun “Avropa kəməri”ni müdafiəsi döyüşünə də toxunub. Mayda Almaniyada bu titula layiq görülmüş boksçu reqlamentə əsasən, 6 ay ərzində kəməri müdafiə etməlidir. Lakin Bakıdakı peşəkar boks gecəsi planları dəyişib. Azad noyabradək “Avropa kəməri” titulunu müdafiəsi üçün döyüşə bilməyəcək. APBF rəhbərliyi beynəlxalq federasiyaya müraciət edərək, müdafiə döyüşünün bir qədər sonraya salınmasına nail olub.

- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0