Orada bizə yer tapılmadı…
25.08.2009 - 17:01
Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadınlar arasında keçiriləcək sayca ikinci Qran-Prinin iştirakçılarının adlarının açıqlayıb. Apasport.az saytının məlumatına görə, 27 sentyabr - 10 oktyabr aralığında Çində təşkil olunacaq yarışa 12 şahmatçı qatılacaq. Bunların arasında Azərbaycandan heç kim olmayacaq. İlk Qran-Pri-də qüvvəsini sınamış Zeynəb Məmmədyarova bu dəfə qeyri-müəyyən səbəbdən turnirdən kənarda qalıb.
Xatırladaq ki, Məmmədyarova bu ilin martında Türkiyənin İstanbul keçirilmiş birinci Qran-Pridə zəif təsir bağışlamışdı. O, cəmi 2,5 xal toplayaraq, 12 nəfər arasında 10-cu olmuşdu. Məmmədyarova keçirdiyi 11 görüşdən 1-də qələbə qazanıb, 2-də heç-heçə etmişdi, qalan 8 partiyada isə məğlubiyyətlə üzləşmişdi.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0