Yığmamız İngiltərəyə boyun əydi
26.08.2009 - 10:10
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Hollandiyanın paytaxtı Amsterdamda təşkil edilən Avropa çempionatında medallardan əlini üzüb. Apasport.az saytının məlumatına görə, yığmamız qrup mərhələsində üçüncü yeri tutduğu üçün yarımfinalda mübarizə aparmaq hüququndan məhrum olub.
Koreyalı Joa Xanqın rəhbərlik etdiyi kollektiv qrupda keçirdiyi son matçda da uduzub. Otüstü hokkeyçilərimiz bu dəfə İngiltərəyə boyun əyiblər - 1:4. Milli komandamız qrupda yalnız bir qolun sayəsində Rusiyanı üstələyə bilib. Həmyerlilərimizdə top fərqi 2-15 olduğu halda, şimal qonşularımız 1 qol vurub, 14 top buraxıblar. Fərqin (-13) eyni olmasına baxmayaraq, yığmamız 2 dəfə rəqib qapısına yol tapdığı üçün 3-cü pillədə qərarlaşıb. Yığmamız elit mərhələdə mövqeyini qorumaq üçün İrlandiya (27 avqust) və Şotlandiya (29 avqust) ilə görüşəcək.
Qeyd edək ki, milli komandamız İngiltərədən başqa, Hollandiyaya da məğlub olub (0:10). Rusiyaya qarşı matç isə 1:1 hesabı ilə başa çatmışdı.

- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0