Dünya çempionu hermafrodit çıxdı
11.09.2009 - 15:30
Dünya çempionu hermafrodit çıxdı
Qaçış üzrə dünya çempionu Kaster Semeninin ətrafında yaranan qalmaqal sona çatıb. Apasport.az saytının məlumatına görə, həkimlər cinsi mənsubiyyəti sual altına düşən Cənubi Afrika Respublikasından olan idmançını hermafrodit sayıblar. Bu gün Avstraliya mətbuatında yer alan məlumatda tibbi ekspertizanın Kasterdə həm kişi, həm də qadın cinsi əlamətlərinin olduğunu aşkara çıxarıb.

Beynəlxalq Yüngül Atletika Federasiyası isə bu informasiyanı təsdiqləməkdən imtina edib. Federasiyanın mətbuat katibi Nik Devis bildirib ki, tibbi ekspertizanın nəticələri artıq olsa da, hələ açıqlanmayacaq: “Biz nəticələri Almaniya laboratoriyasından almışıq və indi bunun üzərində öz ekspertlərimiz işləyir. Müayinənin nəticəsindən asılı olmayaraq, biz idmançı ilə təklikdə görüşəcəyik”.

İstənilən halda, 800 metr qaçışda çempion olan Semeninin qızıl medalı əlindən alınmayacaq. Çünki hüquqşünaslar bunu etmək üçün qaydalarda maddəni sadəcə, tapa bilmirlər. Vəkillərin fikrincə, əgər federasiya Kasterə dünya çempionatında çıxış etməyə icazə veribsə, deməli, ona irad tutula bilməz.
0