İsraildə son cəhdimiz alınmadı
12.09.2009 - 12:32
İsraildə son cəhdimiz alınmadı
İsrailin Eylat şəhərində keçirilən gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda çıxışını bitirib. Nizami Paşayevin rəhbərlik etdiyi kollektiv çempionatda bir medala sahib çıxıb.

Ən son mübarizəyə qoşulan atletimiz - Kosalı İsmayılov (85 kq) uğursuzluğa düçar olub. O, birdən 123, təkanla isə 152 kq qaldırıb. Yekunda İsmayılov 275 kq-lıq göstərici ilə 15 idmançı arasında 7-ci yeri tutub.

Daha öncə isə Nailxan Nəbiyev (77 kq) 3-cü pillədə qərarlaşmaqla, yığmamıza yeganə medalı qazandırıb.
0