Şok: Sara Useyn Boltdan da bərk qaçır!
12.09.2009 - 13:28
100 metr məsafəyə qaçışda yeni dünya rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Sara adlı dişi hepard bu məsafəni 6,13 saniyəyə qət etməklə, planetin ən sürətli heyvanı adını qazanıb.
ABŞ-ın Sinsinatti zooparkında təşkil olunan qaçışda Saranı qaçmağa məcbur etmək üçün irəli hərəkət edən yemdən istifadə olunub. Daha çox itlərin qaçış yarışlarında tətbiq olunan bu vasitəni hepardın rekordu yeniləməsinə şərait yaradıb. Zoopark rəhbərliyi Saranın qaçmasını videoya çəkməklə, tarixə salmağı da zəruri sayıb. Heyvan mövcud rekordu iki dəfə üstələyib. Əvvəl məsafəni 6,16 saniyəyə qət etməklə afrikalı hepardın 2001-ci ildə CAR-da müəyyənləşdirdiyi göstəricisini (6,19) arxada qoyan Sara ikinci cəhddən öz rekordunu da arxada qoyub. Sentyabrın sonları-oktyabrın əvvəllərində afrikalılar rekordu geri qaytarmağa cəhd edəcəklər. CAR-da təşkil olunacaq qaçışda 8 yaşlı dişi hepard Zaza öz sürətini nümayiş etdirəcək.
Qeyd edək ki, 100 metr məsafəyə qaçışda insanlar arasında ən yüksək nəticə yamaykalı Useyn Bolta malikdir. O ötən ay müəyyənləşdirdiyi rekordla Saradan xeyli geri qalır - 9,58.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0