Uilyamsa maksimal cərimə
14.09.2009 - 10:29
Uilyamsa maksimal cərimə
ABŞ tennisçisi Serena Uilyams “Böyük dəbilqə” turnirlərində mövcud olan
ən ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, qara dərili gözəlçə ABŞ-ın açıq birinciliyinin yarımfinal matçındakı idmançıya yaraşmayan hərəkətləri üzündən 10 min dollar cərimə ödəməli olacaq. Bu isə tennisçilərə tətbiq olunan cərimələrin ən yüksək həddidir.

Buna Serenanın belçikalı Kim Kliysterslə oyunda etdiyi hərəkətlər səbəb olub. Həmin qarşılaşmada həlledici 2 xalı Uilyamsın rəqibinə hakimlər vermişdi. Əvvəl yan xətt hakimi amerikalının xətti tapdaladığını aşkarlamış, buna sərt reaksiya verən tennisçi ədalət təmsilçisinin qəzəbinə səbəb olub. O da həlledici xalı Kliystersə verərək matçın taleyini həll edib. Hələ birinci set zamanı əsəbiləşərək raketkanı yerə çırpması isə kiçik Uilyamsı daha 500 dollar xərcə salıb.