Zədəli taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
15.10.2009 - 10:14
Danimarkanın paytaxtı Kopenhagendə keçirilən taekvondo üzrə dünya çempionatının ilk gününü Azərbaycan milli komandası bir bürünc medalla başa vurub. Lent.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən Rəşad Əhmədov bürünc medala sahib olub.
Əhmədov yarışa bir əli zədəli halda yollanmasına baxmayaraq, fəxri kürsüyə yüksəlməyi bacarıb.
Bu çəkidə dünya çempionu adını isə Stiven Lopes (ABŞ) əldə edib. Finalda Nikolas Garsiya Hemmi (İspaniya) yenən Lopes karyerasında 5-ci dəfə bu şərəfə nail olub. Bununla da ikiqat olimpiya çempionu taekvondoçular arasında yeni rekorda imza atıb.
Digər taekvondoçumuz Vüqar Məcidov (+87 kq) isə medalsız qalıb.
Bu gün təmsilçilərimizdən Aygül Abdullayeva (49 kq), Seuqnmi Li (57 kq) və Elnur Amanov (58 kq) mübarizəyə qoşulacaqlar.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0