Torres Bakıya gələn məşqçilərin adlarını açıqlamadı
15.10.2009 - 15:43
Yaxın bir həftə ərzində iki kubalı boks məşqçisi Azərbaycana gələrək, milli komandamızın hazırlıq prosesinə kömək edəcək. Lent.az-ın məlumatına görə, bu haqda bu gün keçirdiyi mətbuat konfransında Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marselo Kabalyero Torres məlumat verib.
Lakin o, həmin mütəxəssislərin adlarını açıqlamayıb. Səfir bildirib ki, ölkəmizə gələnlərin əsas vəzifəsi yığmamızı 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlamaqdır.
Torres gənclər və idman naziri Azad Rəhimovun Kubaya nəzərdə tutulan səfərinin tarixini də açıqlayıb. Onun sözlərinə görə, Rəhimov “azadlıq adası”nda 25-30 noyabrda olacaq. Səfər çərçivəsində iki ölkə arasında gənclər siyasəti və idman sahəsində müqavilə bağlanılacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0