Boksçularımız dünya çempionatına gedəcəklər
22.10.2009 - 16:40
Noyabrın 15-də Rusiyanın Xantı-Mansiysk şəhərində neft hasil edən ölkələr arasında boks üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası da iştirak edəcək. Boksçularımız Rusiyada 11 çəki dərəcəsinin hamısında mübarizə aparacaq. Yığmanın baş məşqçisi Nəriman Abdullayev bildirib ki, Xantı-Mansiyskə aparılacaq heyət Bakıda keçiriləcək təlim-məşq toplanışından sonra müəyyənləşəcək.
Mənbə: AzərTAc
Mənbə: AzərTAc
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
0
0