DÇ-də II gün: Cüdoçularımız fiaskoya uğradılar - YENİLƏNİB
23.10.2009 - 16:29
Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında təşkil olunan dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının daha 4 üzvü tatami üzərinə çıxıb. Lakin milli komandamızın üzvləri əsl fiaskoya uğrayıblar.
Oğlanlar
66 kq
Fəqan Eminoğlu ilk mərhələdə Qollan Pollakı (İsrail) sınağa çəkib. Ancaq 2 dəfə vazari fəndinə düşən həmyerlimiz məğlubiyyətlə barışmalı olub. O, 1/4 final mərhələsindən tez uduzduğdan, təsəlliverici mərhələyə qatılmaq şansını itirib.
73 kq
Orxan Dünyamalıyev da çempionatla erkən vidalaşıb. Püşkün nəticəsinə əsasən, yəmənli Valid Əl-Kabzari ilə qarşılaşmalı olan cüdoçumuz qeyri-müəyyən səbəbdən görüşə çıxmayıb. Buna görə də, Dünyamalıyev yarışdan kənarlaşdırılıb.
Qızlar
52 kq
Turanə Seyidi birinci mərhələdə Amarjalqal Tumurbaatarı (Monqolustan)
məğlıub edərək, uğurlu start götürüb. Ardından o, 1/8 finalda braziliyalı Eleudis Valemtimlə qarşılaşıb. Seyidinin gücü bir qələbədən artığına çatmayıb və güləşin başa çatmasına 4 saniyə qalmış braziliyalının ippon fəndinə düşüb.
57 kq
Daha bir təmsilçimiz - Kəmalə Hüseynzadə də etimadları doğrultmayıb. Xanım idmançımız Tereza Paroçkova (Çexiya) ilə görüşdə rəqibin ippon fəndindən qurtula bilməyib. Birinci mərhələdə uduzan Kəmalənin Vətənə medalsız dönəcəyi dəqiqdir.
Qeyd edək ki, milli komandamızın hesabında artıq bir medal var. Çempionatın ilk günündə İlqar Müşkiyev (55 kq) 2-ci yeri tutub.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0