Məşhur türk aktrisasını zorlayan basketbolçu Bakıya qaçdı
23.10.2009 - 15:33
Türkiyənin veteran basketbolçusu Gökhan Dəmirkol məhkəmənin cəzasından yaxa qurtarmaq üçün Bakıya qaçıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda idmançı həyatının ən ağır günlərini yaşayır.
Məsələ burasındadır ki, Dəmirkol ötən il otellərin birində tanınmış aktrisa Qəmzə Özçeliki zorlamaqda ittiham olunur. Uzun müddətdir məhkəməsi davam edən basketbolçuya öncə 5 il 10 ay həbs cəzası kəsilib. Lakin sonradan müttəhimin vəkillərinin səyləri nəticəsində daha yuxarı instansiyalı məhkəmə qərarı ləğv edib. Bu il isə Qəmzənin ruhi sarsıntı keçirməsi iddiası ilə məhkəmədə növbəti dəfə iddia qaldırılıb.
Zorlamaya məruz qalmış aktrisanın vəkilləri indi basketbolçuya ən azı 10 il iş istəyirlər. Oktyabrın 2-də isə məhkəmə Dəmirkolun hüquqlarını bir qədər də məhdudlaşdırıb. Ona Türkiyə hüdudlarını aşmaq qadağa olunub. Ən qəribəsi isə odur ki, Gökhan elə həmin gün İstanbul - Bakı reysi ilə ölkəmizə gəlib. Hazırda onun harada olduğu bilinmir. Basketbolçunun Azərbaycandan keçməklə, digər ölkənin ərazisinə qaçdığı güman olunur.
Qeyd edək ki, Qəmzə hazırda Türkiyədə yayımlanan və Azərbaycanda da böyük maraqla izlənilən “Arka sokaklar” (“Arxa küçələr”) teleserialında polis obrazında çəkilib.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0