İlk gündə 2 qızıl və 1 bürünc!
24.10.2009 - 11:29
İlk gündə 2 qızıl və 1 bürünc!
Türkiyənin İstanbul şəhərində gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışların ilk günü pəhləvanlarımız üçün uğurlu olub.

Bütün görüşlərini qələbə ilə başa vuran Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qızıl medal qazanıb. Millimizin digər üzvü Toğrul Yunisli (66 kq) 3-cü yeri tutub.

Bu gün daha 3 pəhləvanımız mübarizəyə qoşulacaq. Qasım Məhəmmədov 55 kq, Niyaməddin İbrahimov 74 kq və Zaur Mehrəliyev 120 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Turnirin son günündə mübarizəyə 84 kq çəki dərəcəsində Şəhriyar Məmmədov qoşulacaq.