Cüdo yığmamız dünya çempionatında “ippon”a düşdü
24.10.2009 - 17:34
Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının heyətində bu gün daha bir idmançı mübarizəyə qoşulub.
81 kq çəkidə qüvvəsini sınayan Ramin Qurbanov ilk cəhddə qələbə qazansa da, ikinci görüşündə isveçli rəqibinə uduzub.
İsveç idmançısı növbəti qarşılaşmadan məğlub ayrıldığı üçün Ramin təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
Xatırladaq ki, dünən mübarizəyə qoşulan 4 həmyerlimiz də fiaskoya uğrayıblar.
Azərbaycan yığması yarışa 6 oğlan və 3 qız idmançı ilə yollanıb. Sabah isə Elmar Qasımov (100 kq) qüvvəsini sınayacaq.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0