Vüqar Həşimov: Bu qələbə bizim üçün çox vacib idi
01.11.2009 - 16:39
Serbiyanın Novi Sad şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qazanılan parlaq qələbədən sonra Azərbaycanın yığma komandası bu gün gecə Vətənə dönüb. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına beynəlxalq hava limanında qaliblərin təntənəli qarşılanması mərasimi olub.
Azərbaycan Şahmat Federasiyasının rəhbərləri, idman ictimaiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıb.
Yığmamızın qitə çempionu adını qazanmasına rolu olan Vüqar Həşimov jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, ilk növbədə, dövlət başçısı İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edir: “Bu qələbə bizim üçün çox vacib idi. Biz bu gün hamıya sübut etdik ki, Azərbaycan komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilər. Gərgin mübarizə axıradək davam etdi. Biz bu nəticəyə layiqik, çünki inadkarlıq, qələbə əzmi və əlbəttə, yaxşı oyun nümayiş etdirdik. Bir şeyi dəqiq deyə bilərəm: bu, bizim üçün bir başlanğıcdır. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova xüsusi təşəkkürümü bildirmək istəyirəm”.
AzərTac

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0