Telefon terroru tennisçinin axırına çıxdı
02.11.2009 - 18:25
İspaniyalı tennisçi Xuan Karlos Ferrero telefon terroruna məruz qalıb. Apasport.az saytının məlumatına görə, Çinin Şanxay şəhərində keçirilən turnirdə iştirak edən idmançının mobil telefonuna 300-dən artıq zəng gəlib. Bu zənglərin biri onun öz ev nömrəsindən edilib. Zəng müəllifi onun İspaniyadakı evini soyduğunu və elə basqın etdiyi mənzildən onunla danışdığını bildirib. Lakin basqın faktı təsdiqlənmədiyindən bunun yalan olduğu üzə çıxıb. Xüsusilə gecələr daha fəal olan cinayətkarlar onu narahat etməklə, 48 saat yuxusuz qalmağa vadar edib. Bunun da nəticəsində Ferrero uduzaraq, mübarizəni erkən dayandırıb.
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0