Bir söyüşə 6 aylıq cəza
04.11.2009 - 15:38
Məşhur amerikalı boksçu Kris Arreola yarım illiyə bütün yarışlardan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, peşəkar boksçular arasında dünya çempionu titulu uğrunda döyüşdə ukraynalı Vitali Kliçkoya uduzan idmançı 2 ay əvvəlki hərəkətinin cəzasını alıb.
Həmin döyüşdə rəqibi qarşısında ağ bayraq qaldıran boksçu canlı yayımda Kliçkonun ünvanına nalayiq sözlər işlətmişdi. Arreolanın bu söyüşləri isə 6 aylıq cəzaya səbəb olub. Cəza müddəti Kliçko – Arreola görüşünün keçirildiyi tarixdən hesablanır. İndi amerikalı rəsmi oyunlara çıxmaq üçün 2010-cu il martın sonunadək gözləməlidir.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0