Türk idmançıya ömürlük cəza
11.11.2009 - 14:10
Türkiyənin ən güclü atleti Sürəyya Ayhan Kop ömürlük diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı olmuş idmançı bundan sonra heç bir daxili və beynəlxalq yarışda iştirak edə bilməz.
Hərçənd, Sürəyya axırıncı dəfə 4 illiyə cəzalandırılmışdı. O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (IAAF) apelyasiya ərizəsi ilə müraciət edərək, cəza müddətinin azaldılmasını istəyib. Lakin hər şey tərsinə olub. IAAF nəinki 31 yaşlı atletin cəzasını azaldıb, hətta onu ömürlük diskvalifikasiyaya məruz qoyub.
İdmançının şəxsi məşqçisi, eyni zamanda həyat yoldaşı Yücel Kopun 2 illik cəzası isə aradan götürülüb.
Xatırladaq ki, Sürəyya ilk dəfə 2004-cü ildə cəzalandırılmışdı. O, analiz götürmək istəyən IAAF-ın rəsmi nümayəndəsinə müqavimət göstərmişdi. Sonradan türk atletdən götürülən analiz müsbət nəticələnməmişdi. Sadəcə, idmançı IAAF-ın rəsmi nümayəndəsi ilə sərt rəftar etdiyindən, cəzaya məruz qalmışdı. Ayhan ötən il Pekin Olimpiadası ərəfəsində də uğursuzluğa düçar olmuşdu. ABŞ-dakı təlim-məşq toplanışı zamanı dopinq-testdən keçən atletin istifadəsi qadağan olunmuş dərman preparatlarından yararlandığı üzə çıxmışdı.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0