“Təhsil” və “Aran”dan uğurlu start
11.11.2009 - 17:30
Bu gün 1994-95-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında Azərbaycan çempionatı başlanıb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, 4 komandanın iştirak etdiyi yarışın ilk turunda iki matç keçirilib.
Belə ki, Sumqayıtın “Təhsil” klubu Nizami RİOEUGİM-i, “Aran” isə “Cənub”u üstələyib. Sabah qaliblər məğlublarla görüşəcək. Noyabrın 13-də gerçəkləşəcək oyunlarla iştirakçıların öz aralarında bir dövrəli sistem üzrə görüşləri yekunlaşacaq. Nəticədə 1-ci yeri tutacaq komanda 2-ci pillədə qərarlaşacaq kollektivlə finalda, 3-4-cü sıranın sahibləri isə bürünc medal uğrunda qarşılaşacaqlar. Çempionatın keçirilməsində əsas məqsəd 16 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətini formalaşdırmaqdır.
I tur, 11 noyabr
“Təhsil” (Sumqayıt) - Nizami RİOEUGİM (Bakı) - 5:0
“Aran” (Mingəçevir, Gəncə) - “Cənub” (Masallı, Lənkəran, Astara) - 1:0
II tur, 12 noyabr
“Təhsil” - “Cənub”
“Aran” - Nizami RİOEUGİM
III tur, 13 noyabr
“Təhsil” - “Aran”
“Cənub” - Nizami RİOEUGİM

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0