Azərbaycan yığmasında iki kubalı məşqçi
19.11.2009 - 16:24
Kubalı boks mütəxəssisləri Azərbaycan milli komandasında məşqlərə başlayıblar. Apasport.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev onların adlarını açıqlayıb.
Yeni məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martinesdir. 69 yaşlı Polier Kubanın ikiqat olimpiya və ikiqat dünya çempionu Gilyermo Riqondo Ortisin şəxsi məşqçisi olub. 47 yaşlı Martines isə Kubanın gənclər yığması ilə yanaşı, müxtəlif ölkələrdə məşqçi kimi çalışıb.
Hər iki mütəxəssis yığmamızın baş məşqçisi Nəriman Abdullayevə hazırlıq prosesinin daha keyfiyyətlə aparılmasına yardımçı olacaqlar. Hazırda komandamız Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında təlim-məşq toplanışındadır.
Abiyev milli komandamıza legionerlərin hələlik cəlb olunmayacağını da əlavə edib. Onun fikrincə, bu məsələ həmin legionerin təmsil etdiyi ölkənin müvafiq idman qurumlarının və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının razılığı olmadan reallaşa bilməz.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0