Pəhləvanlar, haydı Bakı İdman Sarayına!
20.11.2009 - 13:02
Noyabrın 24-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Çempionatın keçirilməsində məqsəd Bakıda sərbəst və yunan-Roma güləşi növünü təbliğ və inkişaf etdirmək, paytaxtdakı idman cəmiyyətlərində təlim-məşq prosesini təkmilləşdirmək, idmançıların ustalıq səviyyəsini artırmaq və respublika yarışlarına namizədləri müəyyənləşdirməkdir. Yarışın hazırlığına və keçirilməsinə ümumi rəhbərliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və AGF edir.
Şəxsi və komanda hesabında baş tutacaq yarışa Kütləvi İdman Cəmiyyətləri, Uşaq və Gənclər İdman Məktəbləri, idarə və müəssisələrin yığma komandaları qatıla bilər. Çempionatda iştirak üçün pəhləvanların ən azı I idman dərəcəsi olmalıdır. Mövcud beynəlxalq qaydalara uyğun keçiriləcək yarışda 1992-ci il və yuxarı yaşlı güləşçilərin çıxışına imkan veriləcək.
Çempionatın rəsmi açılış mərasimi noyabrın 24-də saat 17.00-da Bakı İdman Sarayında olacaq. Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsi və AGF tərəfindən müvafiq dərəcəli diplomlar və mükafatlarla təltif olunacaqlar. Yarışın nəticələrinə əsasən, ilk 5 yeri tutmuş idmançılar 2009-cu ilin dekabrında milli komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədilə keçiriləcək respublika turnirində iştirak hüququ qazanacaqlar.
Bakı çempionatının təqvimi:
24 noyabr
Sərbəst güləş: 55, 66, 84, 120 kq
25 noyabr
Sərbəst güləş: 60, 74, 96 kq
Yunan-Roma güləşi: 55, 66 kq
26 noyabr
Yunan-Roma güləşi: 60, 74, 84, 96, 120 kq

- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
0
0