Azərbaycan atleti dünya çempionatına buraxılmadı
23.11.2009 - 10:25
Koreyanın Qoyanq şəhərində təşkil olunan ağır atletika üzrə kişilərin 77-ci və qadınların 20-ci dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, hələlik Azərbaycanın iki idmançısı qüvvəsini sınayıb. Çempionatda 6-cı yerlə kifayətlənən Zülfüqar Süleymanovun (62 kq) ardınca, Əfqan Bayramov da əliboş qalıb.
69 kq çəki dərəcəsində mübarizə aparan Bayramov birdən 135, təkanla isə 170 kq qaldırıb. Yekunda 305 kq toplayan 26 yaşlı atletimiz 10-cu pillədə qərarlaşıb. Bu çəkidə yarışmalı olan digər həmyerlimiz Sərdar Həsənov isə çıxış etməyib. Təşkilatçılar qeyri-müəyyən səbəbdən onu podiuma buraxmayıblar. Sözügedən çəkidə çinli Hui Liao 346 kq (160+186) qaldıraraq, qızıl medala layiq görülüb.
Qarşıdakı günlərdə baş məşqçi Yanko Rusevin daha 5 yetirməsi bacarığını nümayiş etdirəcək. Sabah Namiq Cəmilov (77 kq), noyabrın 26-da İntiqam Zairov (85 kq), noyabrın 27-də Rövşən Fətullayev, Nizami Paşayev (hər ikisi 94 kq), noyabrın 29-da isə Əlibəy Səmədov (105 kq) yarışacaq.

0
0