Əbu-Dabidən iki medalla
23.11.2009 - 11:39
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Qran-Pri turniri keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 2 idmançı - Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qoruyub.
Elxan Rəcəbli 1/4 finalda özbəkistanlı Şokir Muminovu ippon fəndinə salıb. Yarımfinalda isə Robert Kravçiklə (Polşa) bacarmayıb. Yarış iştirakçıları az olduğundan, təsəlliverici mərhələyə ehtiyac qalmayıb və Rəcəbli bürünc medal qazanıb.
Elxan Məmmədov da yarımfinala qədər uğurla irəliləyib. O, öncə braziliyalı Edmilson Konseysao, daha sonra macarıstanlı Levente Ledenyini mübarizədən kənarlaşdırıb. Ancaq 27 yaşlı cüdoçumuzun finala gedən yolunu Dilşod Çoriyev (Özbəkistan) kəsib. Beləliklə, hər iki həmyerlimiz bürünc medala layiq görülüb.

- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal
0
0