Dünyanın ən yaxşı boksçuları Bakıda mükafatlandırılacaq
04.12.2009 - 09:18
Dekabrın 10-da Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunun sədrliyi ilə qurumun forumu keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu barədə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev açıqlama verib.
Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunacaq tədbirdə idman mütəxəssislərini narahat edən müxtəlif məsələlər, o cümlədən qadın boksunun inkişafı məsələləri müzakirə olunacaq. Forumun sonunda ən yaxşı boksçuların, məşqçilərin və AİBA hakimlərinin ilin yekuna görə mükafatlandırılma mərasimi keçiriləcək.
Forum dekabrın 8-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək “AİBA prezidentinin Kuboku” turniri ilə eyni vaxta təsadüf edir. Yarışlarda ayrı-ayrı qitələrdən 8 komanda iştirak edəcək. AİBA prezidenti Çinq-Kuo Vu Bakıya dekabrın 7-də gələcək.
“AİBA prezidentinin Kuboku” turnirinin təntənəli açılışı dekabrın 8-də saat 18-də olacaq. Yarışlar 17-34 yaşlı idmançılar arasında 11 çəki dərəcəsində keçiriləcək. Final görüşləri dekabrın 11-nə nəzərdə tutulmuşdur. Turnir AİBA-nın reytinqinə görə hər il öz çəki dərəcələrində ilk 8 yeri tutan boksçular arasında keçirilir.
AzərTac

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0