Dünyanın ən yaxşı boksçusu Bakıya gələcək
06.12.2009 - 08:23
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2009-cu ilin yekunlarına əsasən, ən yaxşı boksçuların, məşqçilərin və hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, italiyalı Domeniko Valentino ilin ən yaxşı boksçusu elan olunub. Rusiyalı Sergey Sobelinski eyni nominasiyada yeniyetmələr arasında qalib adını qazanıb. Rusiya yığmasının məşqçisi Nikolay Xromov isə ilin ən yaxşı məşqçisi seçilib.
Ümumiyyətlə, AİBA qalibləri 12 nominasiya üzrə elan edib. Bura ən yaxşı sponsor, jurnalist, texniki komitə və digər nominasiyalar daxildir.
Bütün qaliblər dekabrın 10-da Bakıda “AİBA prezidenti kuboku” uğrunda keçiriləcək turnir zamanı mükafatlandırılacaq.

- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0