“Sanki mən yelləncəkdə uçurdum”
07.12.2009 - 11:35
“Sanki mən yelləncəkdə uçurdum”
“Dünya Kubokunda bəzən mənim bəxtim gətirirdi. Sanki mən burada yelləncəkdə uçurdum, yuxarı-aşağı...” Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov deyib.

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun 1/4 finalında mübarizəni dayandıran həmvətənimiz heç də yaxşı formada olmadığı bildirib: “Yaxşı formada olmasam da, paradoksal hal odur ki, 1/4 finala qədər irəliləməmişəm. Əlbəttə, yarışda qələbə qazanmaq istəyirdim. Ancaq onsuz da bu il mənim üçün kifayət qədər uğurlu alınıb. Qorxulu heç nə yoxdur: qarşıdakı illərdə yeni turnirlər olacaq”.

Qeyd edək ki, Həşimov 1/4 finalda ukraynalı Ruslan Ponomaryova uduzub.
0