Milli komandamız Ukraynaya gedir
23.12.2009 - 18:15
Dekabrın 26-da Kiyevdə mərhum prezident Heydər Əliyevin xatirəsi və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə yeniyetmə sərbəst güləşçilər arasında I Ümumukrayna turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, ölkəmizin Ukraynadakı səfirliyi, Ukraynada yaşayan azərbaycanlıların Konqresi və Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin təşkilatçılığı ilə keçiriləcək yarışda milli komandamız da iştirak edəcək.
Azərbaycanı yarışda vitse-prezident Cavanşir Qurbanov, məşqçilər Vahid Məmmədov, Oqtay Hüseynov və Aslan Ağayevin rəhbərliyi ilə Arif Pənahov, Vurğun Əliyev, Rüfət Məmmədli (hər üçü - 38 kq), Məhəmməd Həsənzadə (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Seyfəddin Şirəliyev (50 kq), Məhərrəm Kərimov (54 kq), Ramal Quliyev (58 kq) və Aqşin Məmmədov (85 kq) təmsil edəcəklər.

- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0