Azərbaycan yığmasında ukraynalı
23.12.2009 - 18:27
Uzun müddət Ukrayna milli komandasının şərəfini qorumuş boksçu Dmitri Smaqula 2010-cu ildən Azərbaycan yığmasında çıxış edəcək. Lent.az-ın məlumatına görə, bu haqda 21 yaşlı boksçunun özü yerli “Çempion” qəzetinə açıqlama verib.
Smaqula bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) ona yaxşı məşq şəraiti təklif edib. Bununla yanaşı, ukraynalı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılmaq istədiyini açıqlayıb.
ABF-in I vitse-prezidenti Ağacan Abiyev Lent.az-a açıqlamasında bu məlumatı nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, 2010-cu il 14 – 18 yanvarda Azərbaycanın açıq çempionatı keçiriləcək. Yarışa Rusiya və Ukrayna boksçuları da qatılacaqlar. Abiyev məhz həmin yarışda boksçuların nəyə qadir olduqlarının üzə çıxacağını açıqlayıb: “Konkret Smaqulaya təklif göndərilməsindən xəbərim yoxdur. Onu bilirəm ki, Azərbaycan çempionatında Rusiya və Ukrayna boksçuları da çıxış edəcəklər. Onlar arasından yığmamıza keçmək istəyənlər olsa, necə döyüşdüklərini gördükdən sonra qərar verəcəyik”.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində yer alan Dmitri Smaqula bu il Ukrayna çempionatında bürünc medal qazanıb.

- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
0
0