Bu da ermənilərin etirafı
24.12.2009 - 18:22
Ermənistan mətbuatı 2009-cu ilin 10 ən böyük idman hadisəsinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçularının İrəvan zəfəri də ilin hadisələri sırasında yer alıb. Belə ki, yığmamızın da iştirak etdiyi gənclər arasında Avropa çempionatı Ermənistanda ilin 4-cü olayı olub.
Yarışa 40 ölkədən 500 idmançının qatıldığını vurğulayan erməni jurnalistlər Azərbaycan milli komandasının turnirə damğasını vurduğunu da etiraf ediblər: “Bu yarış erməni azarkeşlərin xatirində 73 kq çəki dərəcəsində Artyom Baqdasaryanın çempion olmasından daha çox Azərbaycan yığmasının iştirakı ilə yadda qaldı. Azərbaycan idmançıları ilk dəfə olaraq, Ermənistanda keçirilən yarışda iştirak etməyə qərar vermişdilər”.
Xatırladaq ki, İrəvanda keçirilmiş Avropa çempionatına qatılmış 5 idmançımızın hamısı fəxri kürsüyə yüksələrək, bayrağımızı dalğalandırıblar. Elmar Qasımov (100 kq) qızıl, İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medal qazanıblar.

- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
0
0