Milli komandamız Ukraynaya yollandı
25.12.2009 - 13:10
Milli komandamız Ukraynaya yollandı
Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri mərhum prezident Heydər Əliyevin xatirəsi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan I Ümumukrayna turnirində iştirak etmək məqsədilə bu gün Kiyevə yollanıblar. Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 9 pəhləvan qoruyacaq.

Kiyevdə döşək üzərinə Arif Pənahov, Vurğun Əliyev, Rüfət Məmmədli (hamısı 38 kq), Məhəmməd Həsənzadə (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Seyfəddin Şirəliyev (50 kq), Məhərrəm Kərimov (54 kq), Ramal Quliyev (58 kq) və Aqşin Məmmədov (85 kq) çıxacaq. Yarış ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin rektoru Qriqori Dankonun təşkilatçılığı ilə keçiriləcək.