İdmançılara və məşqçilərə mənzillər verildi
25.12.2009 - 15:56
Bu gün Milli Olimpiya Komitəsində (MOK) 2009-cu ilin yekunları ilə bağlı tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə dövlət başçısı, MOK-un prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.
Ölkə prezidenti öncə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda iştirakına və qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxıb. Daha sonra mərasim başlanıb. MOK prezidenti İlham Əliyev çıxış etdikdən sonra idmançılar adından ona hədiyyə təqdim olunub.
Ardından 2009-cu ilin yekunlarına görə, idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar, yeni mənzillərin orderləri verilib.
AzərTac

- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0