Azad Rəhimov: Yaxın vaxtlarda boks yığmamızda vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanırıq
28.12.2009 - 15:27
“Etiraf edək ki, Azərbaycanda boksun vəziyyəti pisdir. Bəlkə mən, müavinlərim İsmayıl İsmayılov və İntiqam Babayevlə bir yerdə boksla məşğul olmağa keçək? Ola bilsin ki, ondan sonra bu növdə nailiyyətlər qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bu gün keçirdiyi mətbuat konfransında boksda uğurlar əldə olunması üçün Kubadan mütəxəssislər dəvət olunduğunu xatırladıb: “Boks Federasiyasından böyüklərin zəif təsir bağışladığını, gənclərin isə hələ də yüksək səviyyəyə qalxmadıqlarını bildirirlər. İndiki vəziyyətə dözməliyik. Yığmamıza kubalı mütəxəssislər dəvət olunublar. Əsas diqqət gənclərə yönəldilməlidir. İnanırıq ki, yaxın vaxtlarda vəziyyət müsbətə doğru dəyişəcək”.
Üzgüçülük növündəki mövcud vəziyyəti isə faciəvi sayan Rəhimov infrastrukturun yoxluğundan şikayətlənib: “Bakıda 50 metr uzunluğunda bir hovuz belə yoxdur. Amma bizə ümid verən məqam odur ki, paytaxtımızda Hovuz Kompleksinin tikintisi nəzərə tutulub”.

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0