Bakı Apellyasiya Məhkəməsi dünya çempionunun şikayətini qəbul etmədi
29.12.2009 - 16:29
Bakı Apellyasiya Məhkəməsində Litva vətəndaşı, hündürlüyə tullanma üzrə dünya çempionu Turskis Tomas haqqında çıxarılmış məhkəmə hökmündən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Apasport.az saytının Lent.az-a istinadən məlumatına görə, məhkəmə Turskis Tomasın şikayətini təmin etməyib.
Belə ki, Turskis Tomas və Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu barəsində bu ilin oktyabr ayında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinən Turskis Tomas və Zahoor Xan Əhməd oğlu hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarının azaldılması üçün apellyasiya şikayəti veriblər.
İttihama görə, 2009-cu ilin mayında İrandan Azərbaycana gələn Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu gömrük nəzarətindən keçərkən Astara Gömrük İdarəsinin əməkdaşları ondan 6 kiloqram 952 qram heroin aşkar edərək götürüblər. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri “Empire” mehmanxanasının 309 nömrəli otağında Litva vətəndaşı Turskis Tomas da Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlundan narkotik vasitələri qəbul edərkən saxlanılıb.
İstintaq müəyyən olunub ki, Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu Litva vətəndaşı Turskis Tomas və şəxsiyyətləri hazırda istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq, külli miqdarda narkotik vasitələri Azərbaycandan keçirməklə İtaliyaya aparmaq niyyətində olublar.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0