Estoniya idmançısı Bakıda fırıldaqçılıqda ittiham edilir
30.12.2009 - 14:33
O, investorların 100 milyonlarla kron pulunu mənimsəməkdə şübhəli bilinir
Estoniya prokurorluğu sabiq idmançı və biznesmen Erki Piyrsaliyə qarşı araşdırmalara başlayıb. Lent.az-ın “online.vedomosti.ee”yə istinadən verdiyi məlumata görə, Piyrsali “Gild” investisiya şirkəti vasitəsilə Azərbaycanın daşınmaz bazarının inkişafına 100 milyonlarla dollar sərmayə qoyan investorları aldatmaqda ittiham olunur.
Bu xəbəri Estoniya prokurorluğunun mətbuat xidmətinin rəhbəri Kadri Pıldaru da təsdiqləyib. Dövlət prokuroru Triyn Berqman isə hazırda yalnız bir nəfərdən şübhələndiklərini söyləsə də, onların sayının çox olacağını istisna etməyib.
Erki Priysali Xarles Liyvi və Tınis Xaavellə birgə Bakı yaxınlığında daşınmaz əmlakın inkişafı layihəsi ilə əlaqəlidirlər.
Qeyd edək ki, sentyabrda “Eesti Ekspress” qəzeti Estoniya biznesinin “qaymaqları”nın Bakıda fırıldaqçılığın qurbanı olduqlarını yazıb. 260 milyon kron naməlum istiqamətə yox olub. Bu vəsaitin yerləşdirilməsində iştirak etdiyi bildirilən “GİLD” səhmdar bankının həmsahibi Tınis Xaavel isə susur.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0