Əli İsmayılov: Pələng mənim ilimdir - MÜSAHİBƏ
01.01.2010 - 12:00
2009-cu il Azərbaycanın tanınmış boksçusu, WBO Latino versiyası üzrə çempionluq kəmərinin sahibi, "bürünc Əli" ləqəbli Əli İsmayılovun karyerasında uğursuz bir il kimi iz qoydu. Həvəskar boksçu karyerasını başa vurduqdan sonra peşəkar rinqə atılan Əli indiyədək keçirdiyi 20 döyüşün yalnız üçündə məğlub olub ki, bu məğlubiyyətlərdən ikisi də məhz 2009-cu ilə təsadüf edib.
- Əli, arxada qalan 2009-cu ili özün üçün necə dəyərləndirərdin?
- Çox uğursuz il oldu. Belə ki, iki mötəbər yarışa - WBO və WBO İnterkontinental versiyaları üzrə dünya çempionu kəməri uğrunda döyüşlərə çıxdım. Təəssüflər olsun ki, hər iki döyüşdə məğlubiyyətlə üzləşdim. Birinci məğlubiyyətim may ayında Argentinanın paytaxtı Buenos-Ayresdə yerli boksçu Viktor Ramireslə döyüşdə oldu, ikinci dəfə isə yaxın günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində yerli Denis Lebedevlə döyüşdə qeydə alındı.
- Döyüşlərə hazır deyildin?
- Yox, hər iki döyüşə yüksək səviyyədə hazırlaşmışdım. Əsasən də Lebedevlə qarşılaşmaya. Sadəcə olaraq, bəxtim gətirmədi. Düzdü, Buenos-Ayres döyüşünə bir az gec getdim və nəticədə də yerli atmosferə yaxşı uyğunlaşa bilmədim. Ancaq bununla belə, pis döyüşmədim. Hakimlər ədalətsizlik edib qələbəni rəqibə verdilər. Denislə döyüşə gəlincə, isə dediyim kimi, daha güclü hazırlaşmışdım. Demək olar ki, 2 ay 12 raundluq döyüş üçün məşqlər keçdim. Rəqib çox da güclü deyildi: yenə də bəxtin gətirməməsi özünü göstərdi. Qarşılaşmanın 4-cü raundunda sol, 5-ci raundda isə sağ qaşım ciddi zədələndi. Qan dayanmırdı. Buna görə də 6-cı rund başa çatandan sonra hakimlər və həkimlərin mənim döyüşməyimə icazə vermədilər. Nəticədə də rəqib texniki nokautla qələbə qazandı. Əvvəlki kimi, yenə də WBO Latino versiyası üzrə çempionluq kəmərinin sahibiyəm. Bu il qatıldığım hər iki döyüşdə öz kəmərim uğrunda deyil, rəqiblərin kəmərini almaq üçün vuruşdum. Ancaq alınmadı. Hazırkı kəmərim Cənubi Amerika üzrədi. Əgər Lebedevlə döyüşdə qalib gəlsəydim, onda Avropa çempionu kəmərinə də sahib çıxa bilərdim.
- Bu məğlubiyyət sənin reytinq cədvəlindəki mövqeyinə təsir etmədi ki?
- Yenə də öz çəkimdə ilk onluğun 9-cu pilləsindəyəm. Əgər Sankt-Peterburqda qalib gəlsəydim, onda 5-ci yerə çıxacaqdım. Belə olardısa, daha üstün səviyyəli döyüşlərə qatılmaq imkanı qazanacaqdım.
- Bu ildə nəyə ümid etmək olar?
- 1972-ci ildə doğulduğum üçün Pələng İli olan 2010-cu il mənim ilimdi. Ümid edirəm ki, öz ilim mənim üçün uğurlu olacaq və 2009-da itirdiklərimin əvəzini çıxa biləcəm. Və buna nail olmağa var gücümlə çalışacam.
- Gələcək rəqiblərini müəyyənləşdirməmisən ki?
- Artıq 2010-cu ildə keçirəcəyim ilk döyüşün vaxtı, yeri eləcə də rəqibim bəllidi. Rusiyalı promouterim Aleksandr Yakubov almaniyalı boksçu Marko Hukun meneceri ilə danışıqlar aparıb və döyüşməyimiz üçün razılıq alıb. Döyüş 2010-cu ilin fevralında elə Almaniyada keçiriləcək. Rəqibim Marko Huk məni mayda məğlub edən argentinalı Viktor Ramiresi udduğu üçün o WBO versiyası üzrə kəmərin sahibidi. Huk ilə döyüşdə onun kəmərini almağa, o isə kəməri müdafiə etməyə çalışacaq.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0