“Alçaq Sərkisyan birdən-birə didişir”
06.01.2010 - 18:10
“Azərbaycan milli komandası Ermənistan yığmasını ustalığı sayəsində məğlub etdi. Ən yaxşı hal burasındadır ki, heç bir sərgüzəşt, isterika, qeyri-adilik olmadı”. Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, Türkiyənin Bursa şəhərində keçirilən komandalararası dünya çempionatının ilk turunda yığmamızın üzvləri Vüqar Həşimov və Teymur Rəcəbovun heç-heçə etməsindən sonra təkcə Şəhriyar Məmmədyarov deyil, Rauf Məmmədov da erməni rəqiblərini yenə bilərdilər: “Amma Raufun özünə sərgüzəşt axtarmasına lüzum görmədik”.
AŞF rəsmisi bildirib ki, Ermənistan yığmasının üzvlərindən Qabriel Sərkisyanın ilk turda oynamaması komandamız üçün gözlənilməz olub: “Şahmatçılarımız Sərkisyanla görüşə xüsusi hazırlaşmışdılar. Adətən, o, üçüncü taxtada oynayır. Şəhriyar Məmmədyarov Qabriellə oynamalı idi. Ümumiyyətlə, komanda yarışlarında alçaq Sərkisyan çox yaxşı oynayır, birdən-birə didişir. O, belə yarışlar üçün münasib rəqibdir. Təəccüblü hal odur ki, Sərkisyanı nəyə görəsə, şahmatçılarımızla oynamağa qoymadılar. Əvəzində Arman Paşikyan çıxış etdi və Şəhriyar ona qalib gəldi”.
Türkiyəyə yanvarın 10-dan sonra yollanacağını deyən Məmmədov nümayəndə heyətimizlə müntəzəm əlaqə saxladığını bildirib. O, AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov və komandamızın kapitanı Zurab Azmayparaşvili ilə telefonla danışdığını söyləyib: “Hazırda kollektiv daxilində yüksək əhval-ruhiyyə var. Şahmatçılarımız deyir-gülür, zarafatlaşır, hərdən fiziki idmanla məşğul olur, bilyard oynayırlar”.
Vitse-prezident yığmamızın bu gün Türkiyə ilə keçirəcəyi görüşdən yalnız qələbə gözlədiyini əlavə edib.

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0