Azərbaycanda yeni yığma komanda yaradılır
06.01.2010 - 18:37
Azərbaycan Taekvondo Federasiyasının tərkibində yeni yığma komanda yaradılır. Bu haqda Lent.az-a böyüklərdən ibarət milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.
Onun sözlərinə görə, olimpiya yığması adlanacaq komandaya koreyalı mütəxəssis Con Conq Be rəhbərlik edəcək. Məqsəd 2012-ci il London Yay Olimpiya Oyunlarına daha ciddi hazırlaşmaqdan və bu idman növündə də olimpiya medalı qazanmaqdan ibarətdir.
Koreyalı mütəxəssis böyüklərdən və gənclərdən ibarət yığmamızın heyətindən ən səviyyəli taekvondoçuları seçərək, olimpiya millisinə cəlb edəcək. Onların arasında qadınlardan ibarət yığmamızın baş məşqçisi, dünya çempionu Niyaməddin Paşayev də var. Paşayev karyerasını başa vurduğunu açıqlasa da, Con Conq Be onun xidmətindən yararlanmağı düşünür. Əvəzində 68 kq çəkidəki digər taekvondoçu, Avropa çempionu İlkin Şahbazov olimpiya yığmasından kənarda qalıb. Komandaya legionerlərin də cəlb olunacağı istisna deyil.
Benin komandasının ayrıca hazırlıq planı olacaq. Bu komanda yalnız olimpiya çəki dərəcələri üzrə formalaşdırılacaq. Yanvarın sonlarında Koreyanın universitet komandalarından biri Bakıya təlim-məşq toplantısına gələcək. Onlar yığmamızla birgə hazırlıq keçəcəklər.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları indiyədək 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparsalar da, medal qazana bilməyiblər.

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0