Dünya çempionatının rəsmi saytı: Hindistan Azərbaycanı iki “silah”la vurdu
08.01.2010 - 10:55
“II turdan sonra yeganə uduzmayan komanda Azərbaycan idi. Lakin bu kollektiv gənc Hindistan yığmasına məğlub oldu və hər şeyi qarışdırdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyənin Bursa şəhərində kişi şahmatçılardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının rəsmi saytında yazılıb.
Məqalədə bildirilib ki, hindistanlılar ilk iki taxtadakı oyunçuların hesabına qalib gəliblər: “Artıq III turdan sonra yarışda məğlubiyyət acısı dadmayan komanda qalmadı. Hindistan yığması ilk iki taxtadakı “silah”larla Azərbaycan üzərində qələbə qazandı və mübarizəni bir qədər də gərginləşdirdi”.
Qeyd edək ki, hindistanlılara 1,5:2,5 hesablı məğlubiyyətdən sonra hesabında 7 xal olan komandamız 4-cü pilləyə enib.

- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0