Azərbaycan şahmatçısı ermənini məğlub etdi
11.03.2010 - 11:07
Azərbaycan şahmatçısı ermənini məğlub etdi
Azərbaycan şahmat yığmasının üzvü Zeynəb Məmmədyarova Xorvatiyanın Riyeka şəhərində keçirilən fərdi Avropa çempionatının V turunda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, o, ermənistanlı Anahit Xaratyanı üstələyib.

Digər xanım şahmatçılarımızdan Xəyalə Abdulla və Nərgiz Umudova da 1 xal əldə edib. Nərmin Kazımova, Gülnar Məmmədova, Xəyalə İsgəndərova heç-heçə oynayıb. Zeynəbin kiçik bacısı Türkan isə məğlubiyyətlə üzləşib.

Kişi təmsilçilərimiz də fərqli nəticə göstəriblər. Çempionluğa namizəd Rauf Məmmədovla yanaşı, Eltac Səfərli və Namiq Quliyev xalları bölüb. Nicat Məmmədov, Qədir Hüseynov və Ülvi Bacarani qələbə qazandığı təqdirdə, Vasif Durarbəyli və Vüqar Rəsulov uduzub.

Bu gün axşam saatlarında VI turun görüşləri baş tutacaq. 11 turdan ibarət yarışa martın 17-də yekun vurulacaq.

V turdan sonra turnir cədvəli
Kişilər (333 iştirakçı):


18. Rauf Məmmədov 4 xal
61. Eltac Səfərli 3,5
83. Nicat Məmmədov 3,5
143. Vasif Durarbəyli 3
162. Namiq Quliyev 3
210. Qədir Hüseynov 2,5
230. Ülvi Bacarani 2,5
329. Vüqar Rəsulov 1,5

Qadınlar (158 iştirakçı):

73. Gülnar Məmmədova 2,5
85. Türkan Məmmədyarova 2,5
92. Xəyalə İsgəndərova 2,5
106. Nərmin Kazımova 2
118. Zeynəb Məmmədyarova 2
119. Nərgiz Umudova 2
120. Xəyalə Abdulla 2
0