29 cüdoçumuz Türkiyəyə yollanır
18.03.2010 - 10:42
29 cüdoçumuz Türkiyəyə yollanır
Martın 20-21-də Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmiz də təmsil olunacaq. Qardaş ölkəyə yığmanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə 29 cüdoçu yollanacaq.

Oğlanların yarışında Səid Gəncəli, Fəqan Quluzadə, Nəsimi Umbayev, Oruc Vəlizadə, Əlifani Qardaşxanzadə (hamısı 50 kq), Eşqin Məmmədov, Səlim Möhübov, Xəyal Mirzəzadə, Vüsal Şabanlı (hamısı 55 kq), Toğrul Hüseynov, Ruhin Əhmədov, Niyaməddin Abbasov, Orxan Əsgərxanov, Məhərrəm Məlikzadə (hamısı 60 kq), İmran Quliyev, Nazir Əlisultanov, İslam Əbdulrəhimzadə, Mixail Ananyev (hamısı 66 kq), Ələsgər Rəhimov, Məhəmməd Hüsənov (hər ikisi 73 kq), Cəlil Şükürov, Fəqan Şəkərəliyev, Vüsal Kazımlı, Orxan Aslanov (hamısı 81 kq), Amil Əhmədli (90 kq) və Fərid Mehdiyev (+90 kq) tatami üzərinə çıxacaq. Qızların mübarizəsinə isə Fidan Həsənxanova (44 kq), Cəlalə Nəsibli (63 kq) və Günay Alməmmədli (70 kq) qatılacaq.

Avropa Kubokunda beynəlxalq dərəcəli referi Elmar Babanlı hakim funksiyalarını yerinə yetirəcək. Yarışdan sonra komandamızın üzvləri 3 günlük təlim-məşq toplanışı keçəcək.
0