20 min avro əldən getdi...
18.03.2010 - 11:26
20 min avro əldən getdi...
Xorvatiyanın Riyeka şəhərində keçirilən fərdi Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılan Azərbaycanın 15 şahmatçısında heç biri mükafatçılar sırasına düşə bilməyib. Halbuki son tur ərəfəsində yığmamızın üzvü Rauf Məmmədovun hətta çempion olmaq şansı var idi. Ancaq o, XI turda rusiyalı Artyom Timofeyevə uduzmaqla, bütün ümidləri boşa çıxarıb. Rauf həm qızıl medalı, həm də çempionluğa görə verilən 20 min avro mükafatı əldən qaçırıb. Hər halda, 11-ci yeri tutan həmyerlimiz 3500 avro mükafata yiyələnib.

Son turda digər kişi şahmatçılarımızdan Qədir Hüseynov polşalı idmançıya, Namiq Quliyev isə Nicat Məmmədova qalib gəlib. Eltac Səfərli və Ülvi Bacarani “sülh” bağladığı halda, Vüqar Rəsulov və Vasif Durarbəyli məğlubiyyətlə üzləşib.

Xanımlarımız da zəif təsir bağışlayıblar. Yalnız Xəyalə Abdulla qələbə sevinci dadıb. Türkan Məmmədyarova, Gülnar Məmmədova, Nərgiz Umudova və Xəyalə İsgəndərova yarım xalla kifayətləniblər. Nərmin Kazımova ilə Zeynəb Məmmədyarova isə uduzub.

Bu gün Riyekada Dünya Kubokuna vəsiqə uğrunda tay-breyk oyunları keçiriləcək. Sözügedən yarışda iştirak hüququna təkcə Rauf Məmmədov malikdir.

XI turdan sonra turnir cədvəli
Kişilər (408 iştirakçı):


11. Rauf Məmmədov 7,5 xal
66. Namiq Quliyev 7
69. Qədir Hüseynov 7
82. Eltac Səfərli 6,5
134. Nicat Məmmədov 6
184. Vasif Durarbəyli 5,5
197. Ülvi Bacarani 5,5
305. Vüqar Rəsulov 4,5

Qadınlar (158 iştirakçı):

85. Türkan Məmmədyarova 5,5
87. Xəyalə Abdulla 5,5
88. Nərmin Kazımova 5,5
93. Gülnar Məmmədova 5
99. Zeynəb Məmmədyarova 5
104. Nərgiz Umudova 5
125. Xəyalə İsgəndərova 4,5
0