Milli komandamız Dünya Kubokunda
22.03.2010 - 22:16
Martın 24-də Moskvada sambo üzrə kişilər və qadınlar arasında Xarlampiyevin xatirəsinə həsr olunmuş Dunya Kuboku yarışları start götürəcək. Apasport.az saytının xəbərinə görə, 30 ölkədən 300 samboçunun iştirak edəcəyi turnirdə Azərbaycan yığma komandası da medallar uğrunda mübarizəyə qatılacaq.
Beş idmançımız sambonun güləş növü, ikisi isə döyüş sambosu üzrə yarışacaq.
Samboçularımız yarışda milli komandanın baş məşqçisi, əməkdar məşqçi Mübariz İbrahimov və Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında iştirak edəcək.
Turnir martın 27-dək davam edəcəkdir.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0