Karateçi qız iki polisi döydü
24.03.2010 - 17:13
Türkiyənin Adana şəhərində həbs olunan Moldova əsilli Lilia Zmo adlı karateçi qız iki polisi yaralayıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, 29 yaşlı idmançını sərxoş halda saxlayan polislər onun üstündə axtarış aparmaq istəyiblər. Bu zaman onlar Zmonun gözlənilməz reaksiyası ilə qarşılaşıblar. Karateçi qız təpik zərbələri ilə polislərə yüngül xəsarət yetirib. Qara kəmər sahibi olan idmançı əlavə polis qüvvələrinin gəlişindən sonra zərərsizləşdirilib.
O, qandallandıqdan sonra polis şöbəsinə aparılıb. Zmo burada da polisə çətin anlar yaşadıb. Gecəni şöbədə keçirən idmançı dava zamanı sağ gözünün altının şişməsi səbəbindən həkim nəzarətindən keçib. Polisə müqavimət göstərdiyi üçün saxlanılan idmançı azadlığa buraxılıb və o, ölkəsinə deportasiya ediləcək.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0