İlk gündə 3 çempion
25.03.2010 - 09:55
İlk gündə 3 çempion
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi yarışlarının ikinci mərhələsi başlayıb. Apasport.az saytının xəbərinə görə, martın 24-də sərbəst güləş üzrə 42, 46 və 50 kq çəki dərəcəsində 163 yeniyetmə güləşçi öz qüvvəsini sınayıb. Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunur, həmin pəhləvanlar milli yığma komandanın heyətinə cəlb olunurlar.

42 kq
1. Ruslan Surxayev
2. Fərid İsmayılov
3. Xəqan Xəlilov
3. Ruslan Qasımov

46 kq
1. Mircəlal Həsənzadə
2. Məmməd Həsənov
3. İxtiyar Quliyev
3. Kənan Məmmədov

50 kq
1. Pərviz İbrahimov
2. Vaqif Qasımov
3. Asif Əliyev
3. Əbülfəz Verdiyev

Martın 26-da isə turnirə ilk dəfə olaraq 38, 40, 43, 46, 49, 52, 56, 60, 65, 70 kq-a qədər çəki dərəcələrində yeniyetmə qızlar və 44, 48, 51, 55, 59, 63, 67, 72 kq-a qədər çəki dərəcələrində gənc qızlar da qoşulacaq.

Xatırladaq ki, ilk mərhələdə gənclərin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yarışları, həmçinin yeniyetmələrin yunan-Roma güləşi üzrə yarışları keçirilib. Gənclərin yarışlarında ümumilikdə 510, yunan-Roma güləşi üzrə yeniyetmələrin yarışında isə 419 pəhləvan öz qüvvəsini sınayıb.
0