Hacıyev milli komandaya düşdü
26.03.2010 - 08:41
Hacıyev milli komandaya düşdü
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst güləş üzə yeniyetmələr arasında Azərbaycan birinciliyi yarışları davam edir. Apasport.az saytının xəbərinə görə, martın 25-də 54, 58 və 63 kq çəki dərəcəsində 164 yeniyetmə güləşçi mübarizə aparıb. Gərgin keçən görüşlərin nəticəsində aşağıdakı idmançılar fəxri kürsüyə yüksəlib və yığma komandaya üzv olmaq hüququ qazanıb.

54 kq
1. Kənan Quliyev – 2 saylı nümayəndəlik (Sumqayıt)
2. Fərrux Ələkbərov – 1 saylı nümayəndəlik (ROİL)
3. Kamran Fəttayev – 1 saylı nümayəndəlik (Dinamo)
3. Elçin Əlizadə - 1 saylı nümayəndəlik (ROİL)

58 kq
1. Axmed Qvarzatilov – 1 saylı nümayəndəlik (“Həyat” GK)
2. Fuad Məmmədov – 7 saylı nümayəndəlik (Dinamo, Gəncə)
3. Qəhrəman Nəsirov – 4 saylı nümayəndəlik (Gömrükçü, Cəlilabad)
3. Məhəmməd Lətifov – 3 saylı nümayəndəlik (Xaçmaz)

63 kq
1. Nurlan Hacıyev – 2 saylı nümayəndəlik (Neftçi, Sumqayıt)
2. Bəxtiyar İsrafilli – 4 saylı nümayəndəlik (Gömrükçü, Cəlilabad)
3. Kənan Əliyev – 7 saylı nümayəndəlik (Təhsil, Qazax)
3. Ruslan Şükürov – 1 saylı nümayəndəlik (Neftçi)

Bu gün 69, 76, 85, 100 kq çəki dərəcələrində 118 güləşçi xalça üzərinə çıxacaq. Turnirdə ilk dəfə olaraq yeniyetmə və gənc qızlar da (ümumilikdə 67 nəfər) iştirak edəcək.

Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunur, həmin pəhləvanlar milli yığma komandanın heyətinə cəlb olunurlar.
0